İran açıqladı: Rəşt-Qəzvin dəmir yolu xətti gələn il istismara veriləcək

İran açıqladı: Rəşt-Qəzvin dəmir yolu xətti gələn il istismara veriləcək

Qəzvin-Rəşt dəmir yolu Şimal-Cənub nəqliyyat dəhlizinin əsasını təşkil edir və 2017-ci ilin avqustunda istismara veriləcək. Bu fikri İranın Planlaşdırma və İdarəetmə İdarəsinin rəisi Məhəmməd Bağeri İRNA xəbər agentliyinə verdiyi müsahibəsində deyib. O bildirib ki, Prezident Həsən Ruhani bu layihənin reallaşmasına böyük önəm verir və yolun inşası onun Prezident olduğu dövrdə başa çatacaq.

Qeyd etmək lazımdır ki, Rəşt-Qəzvin dəmir yolunun davamı olacaq Qəzvin-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti də inşa ediləcək və bu, İran ilə Azərbaycanın dəmir yolları sistemlərini birləşdirəcək. İki qonşu və dost ölkənin dəmir yolları xətlərinin birləşməsi İran mallarının Avropaya ixracına imkan yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə