Azərbaycandakı magistral neft kəmərləri ilə 37 milyon tonadək neft nəql olunub

Azərbaycandakı magistral neft kəmərləri ilə 37 milyon tonadək neft nəql olunub

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 37 milyon 31,6 min ton neft nəql olunub. Nəqletmənin 77 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və qeyd edilən dövr ərzində bu kəmər vasitəsilə 28 milyon 519,3 min ton neft ötürülüb. SİA-nın Dövlət Statistika Komitəsindən aldığı xəbərə görə, on ayda BTC ilə 3,8 milyon ton tranzit neft də nəql edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə