“Qiymətli kağızlar bazarı haqqında” qanun dəyişdirildi

“Qiymətli kağızlar bazarı haqqında” qanun dəyişdirildi

"Qiymətli kağızlar bazarı haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, dəyişikliklə emitentin emissiya prospektinin tərtib edilməsindən azad edilməsində dəyişiklik edilir. Belə ki, dəyişikliyə əsasən, hər bir investor üçün təklif edilən investisiya qiymətli kağızlarının dəyəri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdən çox olduqda emitent emissiya prospektinin tərtib edilməsindən azaddır.

Hazırda isə hər bir investor üçün təklif edilən investisiya qiymətli kağızlarının dəyəri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdən çox olmadıqda emitent emissiya prospektinin tərtib edilməsindən azad edilir.

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə