OPEC-in baş katibi Məhəmməd Barkindo dünyanın ən böyük enerji istehsalçısı olan Rusiyanın neft hasilatının məhdudlaşdırılmasına dair OPEC-in razılıq əldə etməsinin vacibliyi baxımından kartellə həmfikir olduğunu deyib.
SİA-nın məlumatına görə, M.Barkindo Abu Dabidə keçirilən enerji konfransında OPEC istehsalçılarının ötən ay Əlcəzairdə qərarlaşdırdığı neft hasilatına dair razılığa sadiq olduğunu və qeyri-OPEC ölkələrin əməkdaşlığın neft bazarda yenidən tarazlığın bərpa edilməsinə kömək edəcəyini bildirib. Rusiya OPEC-in bu ayın sonunda Vyanada keçiriləcək sammitində də iştirak edəcək.
"OPEC Əlcəzairdə əldə edilən razılaşmaya sadiqdir. Moskvanın yüksək səviyyəli rəsmiləri də Rusiyanın bu baxımdan bizimlə həmfikir olduğunu bildirirlər", - deyə OPEC-in baş katibi əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB