Günün valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. AMB-dən SİA-ya verilən məlumata görə, dolların məzənnəsi noyabrın 4-ü ilə müqayisədə dəyişməyərək 1,6596 manat, avro 0,2% zəifləyərək 1,8377 manat olub.

Rus rublu 1,15% ucuzlaşaraq 0,0258 manat, türk lirəsinin məzənnəsi isə 1% ucuzlaşaraq 0,5255 manat təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə