"Neft istehsal edən ölkələrin əksəriyyətinin hasilatının dondurulması ilə bağlı mövqeyi üst-üstə düşür". SİA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmirti Peskov deyib.
O bildirib ki, bundan sonra aparılacaq məsləhətləşmələrin konsensusa gəlməyə imkan verəcəyinə ümid edir: "Bu istiqamətdə iş davam edir. Biz ölkələrin konsensusa gələcəyinə əminik".
Qeyd edək ki, neft hasilatının azaldılmasına dair yekun qərarın noyabrın 30-da OPEK-in Vyanada keçiriləcək qeyri-rəsmi görüşündə qəbul ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB