Bakıda ikinci Meskal Festivalı başlayır

Bakıda ikinci Meskal Festivalı başlayır

Bakıda ikinci Meskal Festivalı başlayır. SİA-nın məlumatına görə, açılış tədbiri Meksikanın Azərbaycandakı səfirinin iqamətgahında baş tutub. Meskal içkisinin müxtəlif çeşidləri təqdim olunub.

Meksikanın Meskal Mədəniyyət Assosasiyasının rəhbəri Serxio İnurriqarro bildirib ki, meskalın hazırlandlığı aqava bitkisi 7 il ərzində yetişdirilir, bitki yığıldıqdan sonra bir ay ərzində bitkinin özəyindən içki hazırlanır. Meskalın içilməsi zamanı xüsusi texnikadan istifadə olunur. Belə ki, içki bir qədər ağızda saxlanılır və ağız suyu ilə qarışandan sonra içilir. Bunun belə içilməsinin həm tibbi tibbi əhəmiyyəti var, həm də dadı daha yaxşı hiss edirsən. Ağız suyu alkoqolu özünə çəkir və içki daha yumuşaq olur. Həmçinin, bir neçə dadı eyni vaxtda hiss edirsən. O bildirib ki, meskal alkoqollu içkilər arasında ən təmiz və saf hesab olunur. Bu içkinin tərkibinə bir neçə növ şəkər var. Qeyd olunub ki, meskalın illik ixrac artımı 40 faiz təşkil edir. İçkinin saxlanma müddəti 2 aydan 8 ilə qədərir. Meskal festivalı Bakıda noyabrın 5-dək keçiriləcək. Bu içkinin dequstasiyası paytaxtın bir sıra otellərində və restoranlarında olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə