PROMEXİCO-nun rəhbəri Azərbaycana gələcək

PROMEXİCO-nun rəhbəri Azərbaycana gələcək

Meksikanın ticarət təşviqatı ilə məşğul olan PROMEXİCO təşkilatın rəhbəri Fransisko Qonzalezin Azərbaycana səfəri gözlənilir. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini deyib.

Onun sözlərinə görə, səfər gələn ilin mayında baş tuta bilər. Hazırda bu istiqamətdə hazırlıq işləri gedir. Səfir deyib ki, Azərbaycanla birgə F. Qonzalez Türkiyəni və Qazaxıstanı da ziyarət edə bilər. R. Labardini bildirib ki, səfər zamanı iki ölkə arasında ticarət həcminin artırılması, qarşılıqlı olaraq istehsal olunan malların ixrac imkanları müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə