Sərnişin daşımaları artıb

2016-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın nəqliyyat sektoru ilə 1,23 milyard sərnişin daşınıb ki, bu da 2015-ci ilin analoji dövrünə nisbətən 1,9 faiz çoxdur. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, həmin dövrdə ölkənin nəqliyyat sektoru ilə 147 milyon ton yük daşınıb ki, bu da 2015-ci il yanvar-sentyabr aylarının göstəricisindən 1,2 faiz azdır.

İl ərzində qeyri-neft yük daşımalarının həcmi 1,9 faiz artıb və 109,4 milyon ton təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə