Bu gün Bakıda Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri biznes forumu başlayıb. SİA-nın məlumatına görə, biznes forumda çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov bildirib ki, BƏƏ Azərbaycana çox yaxın ölkədir və ötən müddət ərzində iki ölkə arasında əlaqələrin inkişafı baxımından xeyli iş görülüb. Hər iki ölkə coğrafi şəraitdən istifadə edir və bu, bizim investisiya imkanlarımızı artırır.
O, Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin başa çatmaq üzrə olduğunu və bu xəttin həmçinin Asiya və Avropanı birləşdirəcəyini deyib. R.Məmmədov bu il Azərbaycana gələn turistlərin sayının ciddi şəkildə artdığını vurğulayıb. Ölkəmizdə əlverişli biznes mühütin olduğunu əlavə edib. O, BƏƏ-li iş adamlarını Azərbaycanla əlaqələri genişləndirməyə çağırıb.
BƏƏ-nin "Dubai Exports" təşkilatının icraçı direktorunun müavini Mohammed Ali Əl Kamali Azərbaycanı regionun hər zaman vacib bir ölkəsi kimi qəbul etdiyini bildirib: "Azərbaycan son illər surətlə inkişaf edir. Biz Bakıda 36 şirkətlə təmsil olunuruq, onların 16-dı "Baku Build" sərgisibfə iştirak edir. Bu şirkətlər arasında logistika, parfümeriya və digər sahələri əhatə edən şirkətlər var. Biz burada biznes imkanlarının genişləndirilməsi imkanlarını nəzərdən keçiririk. Bizim qapılarımız azərbaycanlı iş adamlarının üzünə hər zaman açıqdır".
O, biznes forumun uğurlu nəticələri olacağına əminliyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB