978 nəfər ölkədən çıxa bilməz Qadağa

978 nəfər ölkədən çıxa bilməz Qadağa

Vergilər Nazirliyi vergi borcuna görə, Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib. SİA-nın xəbərinə görə, Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı 1 nəfər artaraq 595-ə çatıb.

Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı isə dəyişməyib və hazırda 383 fiziki şəxsin ölkədən çıxışına qadağa var.

Ümumilikdə, sözügedən səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 977-dən 978-ə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə