Səfir: "Britaniya- Azərbaycan əlaqələrinin gücü davam edir"
Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələr həmişəki kimi güclü olmaqda davam edir. Biz Azərbaycanın ən böyük sərmayəçisiyik. Ümid edirik ki, bu, davam edəcək. Bunu SİA-ya açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts deyib. O bildirib ki, Böyük Britaniyadan Azərbaycana müxtəlif sahələri təmsil edən bir sıra nümayəndə heyəti səfər edəcək. Gələn ilin əvvəlində isə Bakıda Azərbaycan -Böyük Britaniya hökümətlərarası komissiyanın növbəti iclası keçiriləcək: "Biz baş nazirin Azərbaycan üzrə ticarət elçisi Emma Nikolsonla müxtəlif məsələlər üzrə sıx işləyirik. Onun Bakıya səfəri zamanı da həmin məsələlər müzakirə olunub".
Diplomat "Brext"in Britaniyaya müəyyən təsir göstərdiyini, amma Britaniyanın əvvəlki kimi ən böyük ticarət ölkəsi kimi qalmaqda davam edəcəyini vurğulayıb. Əlavə edib ki, Böyük Britaniya BMT-nin, NATO-nun üzvü kimi də qalır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB