Alman qəzeti: "Türk Axını" ABŞ üçün məğlubiyyətdir

Alman qəzeti: "Türk Axını" ABŞ üçün məğlubiyyətdir

Rusiya-Türkiyə arasında imzalanan "Türk Axını" layihəsi, ABŞ üçün beynəlxalq arenada məğlubiyyət deməkdir. Bu barədə Almaniyanın "DVN" qəzetində yayımlanan məqalədə deyilib. Məlumata görə, layihənin reallaşacağı təqdirdə Rusiyanın Avropadakı enerji payı ciddi şəkildə artacaq:

"Türk Axını"nın inşası Moskva, Ankara və AB-nin birləşməsi üçün zəmin yaradacaq və ABŞ-ın nəzarət edə bilmədiyi zonanın formalaşmasına səbəb olacaq. Vaşinqton bu prosesin qarşısını almağa çalışdı. Rusiyanın boru xətlərinin keçdiyi Ukraynanın isə bu layihənin xaricində qalması Ağ Evin maraqlarına ziddir".

Yazıda "Türk Axını" layihəsinin öz siyasi xətti olan Avropa ölkələri üçün fayda gətirəcəyi bildirilsə də, ABŞ meylli dövlət üçünsə ciddi maneə yaradacağı qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə