Sabah saat 10-dan 18-dək SOCAR-ın "Qaz İxrac" İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin "Novxanı" və "Mehdiabad", Ağdaş Magistral qaz kəmərləri sahəsinin "Yevlax-1", Astara Magistral qaz kəmərləri sahəsinin "Yardımlı" və "Əngəvül" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Abşeron rayonunun Novxanı və Mehdiabad qəsəbələrinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Yardımlı rayonunun və Yevlax şəhərinin bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.
Bu barədə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB