Sahibkarlığın hazırki inkişaf səviyyəsi müzakirə edilib

Sahibkarlığın hazırki inkişaf səviyyəsi müzakirə edilib

İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən icra olunan "Qeyri-neft sektorunun inkişafı kontekstində kiçik və orta sahibkarlığın dəstəklənməsi və iqtisadi sistemdə rolunun gücləndirilməsi" layihəsi çərçivəsində Quba şəhərində dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Quba rayon icra strukturlarının nümayəndələri və müxtəlif iqtisadi sektorlarda fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Tədbirin keçirilməsində məqsəd sahə üzrə maraq qruplarının birbaşa iştirakı ilə inkişaf istiqamətlərinin və imkanlarının dəyərləndirilməsidir.

Dəyirmi masada ölkədə kiçik və orta sahibkarlığın hazırki inkişaf səviyyəsinin qiymətləndirilməsi, mövcud problemlərin müzakirəzi, ölkədə həyata keçirilən iqtisadi islahatlar fonunda yaranmış yeni çağırışlar və bu sahədə uğurlu beynəlxalq təcrübələr müzakirə olunub. Tədbiri giriş sözü ilə açan Rəşad Həsənov daha sonra ölkə üzrə mövcud vəziyyətin statistik təhlili, beynəlxalq müqayisələr və daha çox yayılmış təşviq mexanizmləri haqqında geniş təqdimatla çıxış edib. Daha sonra müzakirələr aparılıb və xüsusi ilə də son aylarda imzalanan fərman və sərəncamların kiçik və orta sahibkarlığın inkişafı üçün yaradacağı imkanlar, ABAD Mərkəzlərinin bu sahədə planlaşdırılan rolu, ixracın təşviqi mexanizmlərindən yararlanmaq imkanları kimi məsələlərə xüsusi diqqət yetirilib. Tədbirdə çıxış edən yerli sahibkar Əhmədov Adəm daha çox kapitala çıxış imkanlarının zəifliyi, xüsusi ilə də bankların kredit verilməsinə məhdudiyyətlər tətbiq etməsi məsələlərinə toxunaraq problemin qısa müddətə həll edilməsinin əlavə invsetisiya qoyuluşları üçün əhəmiyyətini dilə gətirib. Digər yerli sahibkar Əliməmmədov Sahib kənd təsərüfatında istifadə edilən dərmanların keyfiyyətsizliyindən danışaraq bu sahədə dövlət nəzarətinin artırılmasını təklifi ilə çıxış etdi.

Fiziki şəxs İlyasov Yusif isə istehsal etdiyi məhsulların ixracında müəyyən problemlərlə üzləşdiyini və ümumilkdə bu kimi problemlərin aradan qaldırılması üçün prosesin ASAN xidmət vasitəsi ilə icra edilməsni təklif edib.

Sonda isə Rəşad Həsənov müzakirələr zamanı səsləndirilən təkliflərin hazırlanancaq təkliflər poketinə əlavə ediləcəyini və bundan sonra da kiçik və orta sahibkarlığın inkişafı istiqamətində fəlaiyyətin davam etdiriləcəyini qeyd edərək müzakirələrin çay fasiləsində davam etdiriləcəyini qeyd etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə