Neft bahalaşır

Dünya bazarında neftin qiyməti artmağa başlayıb. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, buna səbəb ABŞ-da "qara qızıl" ehtiyatlarının azalması barədə məlumat olub. Belə ki, Brent markalı neftin bareli 1,53% artaraq 47,23 dollar, WTI markalı neftin bareli isə 1,21% artaraq 45,23 dollar olub.

Amerika Neft İnstitunun məlumatına görə, artımın olacağının proqnozlaşdırılmasına baxmayaraq, ABŞ-ın neft ehtiyatları ötən həftə 0,752 milyon barel azalıb. Hazırda investorlar ABŞ-ın ehtiyatları ilə bağlı rəsmi statistika gözləyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə