Bu kəndə ilk qaz verildi

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası istiqamətində "Azəriqaz" İstehsalat Birliyi tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər uğurla davam etdirilir. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, ölkənin hər yerində genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işləri aparılır, ''mavi yanacaq''la təchiz olunmayan yaşayış massivlərinin qazlaşdırılması, qaz infrastrukturunun yenidən qurulması və inkişaf etdirilməsi üçün intensiv işlər görülür.

Sentyabrın 22-də Astara rayonunun Şağlazüzə kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 233 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 23247 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndə ilk dəfə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə