Aksiz markasız tütün məmulatları aşkar olunub FOTOLAR

Aksiz markasız tütün məmulatları aşkar olunub FOTOLAR

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə aksiz markası ilə markalanmalı olan məhsulları belə marka olmadan satma və satış məqsədilə saxlama barədə əməliyyat məlumatı daxil olub. SİA-nın xəbərinə görə, məlumatda bildirilir ki, "HYUNDAİ SONATA" markalı minik avtomobilində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda tütün məmulatının olduğu və həmin avtomobilin tütün məmulatını Salyan rayonunun Şorsulu kəndində satmaq məqsədilə Biləsuvar şəhərindən Salyan rayonu istiqamətində hərəkət edəcəyi bildirilib.

Əməliyyat tədbiri nəticəsində "HYUNDAİ SONATA" markalı minik avtomobili saxlanılıb və baxış keçirilib. Baxış zamanı həmin avtomobilin yük yerində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan cəmi 32.600 ədəd "Megan", "Manchester", "Amore", "M1" və "Monus" markalı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə