“Şahdəniz”dən indiyədək 75 mlrd. kubmetr qaz hasil olunub
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından işlənməsinə başlanandan (2006-cı il) indiyədək təxminən 75 mlrd. kubmetr qaz, 19 mln. ton kondensat hasil olunub. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin Nefçilər günü münasibətilə "Azərbaycan" qəzetindəki məqaləsində bildirilib.
Ötən il yataqdan 9,9 mlrd.kubmetr qaz və 2,3 mln. ton kondensat çıxarıldığını deyən SOCAR prezidenti söyləyib ki, istismar dövrünün başlandığı 2006-cı ildən 2016-cı il avqustun 1-dək yerli və xarici bazarlara bu yataqda hasil olunan 74 mlrd. kubmetrə yaxın qaz, təxminən 18,8 mln. ton kondensat nəql edilib: "Hazırda mövcud "Şahdəniz" qurğularının hasilat gücü gündəlik 29,5 mln. kubmetr və ya ildə təqribən 10,8 mlrd. kubmetr təşkil edir. Bizi ümumi ehtiyatları 1,2 trln.kubmetr qaz, 240 mln. tondan artıq kondensat həcmində qiymətləndirilən "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsi gözləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB