Neftin bugünkü qiyməti

Dünya bazarında neftin ucuzlaşması davam edir. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,62 dollar azalaraq 46,79 dollar, Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,50 dollar ucuzlaşaraq 48,66 dollar olub.

Azərbaycan neftinin də qiymətində ucuzlaşma qeydə alınıb. Belə ki, AzeriLight" markalı neftin 1 barelinin qiyməti 1,02 dollar və ya 1,99% azalaraq 50,29 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə