Mərkəzi Bankın valyuta ehtiyatları 4,162 milyard

Mərkəzi Bankın valyuta ehtiyatları 4,162 milyard

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi avqustun 1-nə 4 milyard 162,9 milyon ABŞ dolları təşkil edib. Mərkəzi Bank xəbər verir ki, rəsmi valyuta ehtiyatlarının həcmi iyulun 1-nə olan göstərici ilə müqayisədə 121 milyon dollar azalıb.

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə valyuta ehtiyatları 4 milyard 338,6 milyon dollar azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə