"Xarici vətəndaşlar sosial mənzillərdə əmlak sahibi ola bilməz" AÇIQLAMA
"Ölkəmizdə tikilən sosial mənzillərin uzun müddətli bir dövr üçün kredit şərti ilə veriləcəyini, eləcə də bu müddət ərzində vətəndaşların mənzillərini satmaq imkanı olmadığını nəzərə alsaq, xarici vətəndaşların onlardan yararlanması qeyri-mümkündür". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.
Sosial evlərin tikintisinin dövlət sifarişi əsasında həyata keçiriləcəyini xatırladan iqtisadçı-ekspert bildirib ki, bu prosesdə xarici investorlar da podratçı şirkət kimi iştirak edə bilərlər: "Sosial mənzillərin tikilməsi üçün tenderlər elan olunacaq. Burada həm xarici, həm də yerli şirkətlər iştirak edə biləcək. Onların işi qarşıya qoyulan layihənin icrasını həyata keçirməkdən ibarətdir ki, bura evlərin tikilməsi üçün ayrılan ərazinin təmizlənməsi, infrostrukturun təmin edilməsi, binaların tikilməsi və təhvil verilməsi məsələləri daxildir. Əsas məqsəd aztəminatlı ailələrin mənzil təminatının yaxşılaşdırılmasıdır. Növbəti dövr üçün əhalinin digər qruplarına - şəhid ailələri, əlillər, qaçqın və məcburi köçkünlər da daxil edilə bilər. Amma həmin mənzillərdə xarici vətəndaşların əmlak sahibi olmaq imkanları məhduddur".
R. Həsənov əlavə edib ki, növbəti dövrlərdə ölkəmizə dövlət tərəfindən dəvət edilən mütəxəssislərin müvəqqəti qalması üçün də bu mənzillərdən istifadə edilə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB