Mərkəzi Bankın sədri İsveçrə Konfederasiyasının nümayəndə heyətini qəbul edib
Mərkəzi Bankın sədri Elman Rüstəmov İsveçrə Konfederasiyasının Maliyyə naziri, Federal Kansler Ulrix Maurerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və İsveçrə arasında mövcud iqtisadi əlaqələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Elman Rüstəmov Azərbaycan və İsveçrə arasında uzunmüddətli sıx əməkdaşlığı vurğulayaraq, hər iki ölkənin maliyyə sektoru, o cümlədən mərkəzi bankları arasında intensiv əməkdaşlıq əlaqələri, həmçinin İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) dəstəyi ilə uğurla həyata keçirilmiş birgə layihələr barədə ətraflı məlumat verdi. Hal-hazırda post-neft dövrü başlamış, iqtisadiyyatda struktur islahatları aparılır, insan kapitalının gücləndirilməsi prioritet istiqamətlərdən biri olduğu qeyd olunub.
Ulrix Maurer öz növbəsində təmsil etdiyi ölkənin Azərbaycanla əməkdaşlıq əlaqələrini və ölkədə aparılan iqtisadi islahatları yüksək qiymətləndirərək Azərbaycanın İsveçrə üçün stabil maliyyə bazarlarına malik və vacib partnyor ölkə olduğunu, eləcə də əlaqələrin daha da təkmilləşdirilməsinin zəruriliyi bildirdi. Nümayəndə heyətinin rəhbəri SECO-nun Azərbaycanda fəaliyyətinin davam etdirilməsinə dəstəyin olacağını bildirib.
Görüşdə həmçinin ölkələr arasında texniki yardım proqramlarının, təcrübə mübadiləsi sahəsində fəaliyyətin genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB