Metrodan istifadə edənlərin sayı azalıb

Metrodan istifadə edənlərin sayı azalıb

Cari ilin yanvar-iyun aylarında Bakı metrosu ilə daşınan sərnişinlərin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 109,3 milyon nəfər olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6% azdır.

Xatırladaq ki, yanvar-may aylarında metrodan istifadə edənlərin sayı 2,7% azalaraq 91,7 milyon nəfər olub.

Ümumilikdə nəqliyyat sektorunda daşınan sərnişinlərin 11,9%-i metronun payına düşür.

Bütün xəbərlər Facebook səhifəmizdə