Bakı metrosu ilə daşınan sərnişinlərin SAYI

Bakı metrosu ilə daşınan sərnişinlərin SAYI

Cari ilin yanvar-iyun aylarında Bakı metrosu ilə daşınan sərnişinlərin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, hesabat dövründə metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 109,3 milyon nəfər olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6% azdır.

Xatırladaq ki, yanvar-may aylarında metrodan istifadə edənlərin sayı 2,7% azalaraq 91,7 milyon nəfər olub.

Ümumilikdə nəqliyyat sektorunda daşınan sərnişinlərin 11,9%-i metronun payına düşür.

Bütün xəbərlər Facebook səhifəmizdə