Bu ilin iyun ayı ərzində 2 143 253 ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarlarına çıxarılıb. Bu göstərici isə ötən ilin iyun ayından 23% azdır. SİA-nın Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, iyun ayında Ceyhan limanından dünya bazarlarına çıxarılan neftin 1 424 400 tonunu (66%) Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) nefti təşkil edib.
Cari ilin yanvar-iyun aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 14 774 660 ton təşkil edib ki, bu da ötən ilin I yarısından 1,82% çoxdur. Ümumiyyətlə, BTC istismara verilən gündən (2006-cı il) 2016-cı il iyul ayının 1-ə qədər Ceyhan limanından 305 968 432 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB