Rusiya ucbatından Ukraynanın Azərbaycana ixrac etdiyi malların miqdarı 53% azalıb. "RİA-Novosti" xəbər verir ki, bunu Ukrayna İqtisadiyyat nazirinin müavini Natalya Mikolskaya söyləyib. Onun sözlərinə görə, indiyə qədər Ukrayna MDB ölkələrinin böyük əksəriyyətinə ixracatı Rusiya vasitəsilə həyata keçirirdi:
"Qazaxıstana ixracatın 98%-i (ildə 682 milyon dollarlıq mal), Qırğızıstana isə 93,9%-i (ilk 70 milyon dollarlıq mal) Rusiya ərazisindən keçir. Rusiyanın sanksiyaları ucbatından Ukrayna bu ilin yanvar-aprel aylarında Qazaxıstana ixracatının 47,9%-ni, Qırğızıstan 70%-ni, Azərbaycana 53%-ni, Türkmənistana 44%-ni, Özbəkistana 35%-ni, Tacikistana 53%-ni itirib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB