Dünya bazarında qiymətli metallar bahalaşıb. SİA-nın xəbərinə görə, COMEX-də qızılın unsiyası 18,40 dollar artaraq 1 339,00 dollara, gümüş isə 1,23 dollar bahalaşaraq 19,86 dollara satılıb.
Amerika və Avropa fond indekslərinin də qiymətində dəyişiklik qeydə alınıb. Belə ki, Amerika fond bazarında Dow Jones indeksi 0,11% - 17 949,37 bəndədək, S&P 500 0,19% - 2 102,95 bəndədək, NASDAQ 0,41% - 4 862,57 bəndədək artıb. Avropa fond bazarlarında FTSE 100 indeksi 1,13% - 6 577,83 bəndədək, Almaniya DAX-ı 0,99% - 9 776,12 bəndədək, Fransa CAC-40-ı 0,86% - 4 273,96 bəndədək bahalaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB