Vüqar Bayramov: “Dolların bahalaşması istisna edilmir” AÇIQLAMA
"Manatın ucuzlaşması dollara tələbin yüksəlməsi ilə bağlıdır. Bildiyiniz kimi bankların auksionlarda xarici valyutaya tələb kifayət qədər çoxdur və hələlik Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən auksiona 50 miyon dollar təklif olunur ki, bu da məzənnənin bahalaşmasına səbəb olur". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, dolların bahalaşması dövlət büdcəsindən olan xərcləmələrə təsir göstərmir: "ARDNF-ın dövlət büdcəsinə transferləri manatla olsa da, gəlirləri dollarladır. Belə olan halda, Dövlət Neft Fondu dollar ifadəsində qənaət etmiş olur. Bu da onu deməyə əsas verir ki, dolların məzənnəsinin yüksəlməsi istehlak bazarında qiymətlərin artmasına təsir göstərsə də, sosial layihələrin icrasının təxirə salınmasına səbəb olmur".
3-cü devalvasiya ilə bağlı fikirlərini bildrən V. Bayramlı söyləyib ki, növbəti dövrdə dolların məzənnəsinin mərhələli şəkildə manata nisbətən möhkəmlənəcəyi istisna deyil: "Ümumiyyətlə, Mərkəzi Bank bazarda aparıcı rolu oynadığı üçün üçün dolların kəskin şəkildə qalxması ilə bağlı nəsə söyləmək çox çətindir. Nəzərə alsaq ki, ölkəmizdə üzən məzənnə sistemi olsa da, manatın bahalaşıb və ya ucuzlaşması ilə bağlı qərar Mərkəzi Bankdan asılıdır. Mərkəzi Bankın hazırda 14 faizlik marjı var ki, bu da ona proseslərə təsir etmək imkanı verir. Lakin 2 gün öncə kommersiya bankları tərəfindən yarım milyard dollar tələbi birmənalı şəkildə məzənnəyə təsir göstərəcək. Dollara tələbin yüksəldiyini nəzərə alsaq deyə bilərik ki, dollar yaxın müddətdə manata nisbətən möhkəmlənəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB