Ölkəmizin hər yerində qaz təchizatı sisteminin qurulması,kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər davam etdirilir. SİA-nın verdiyi məlumata görə, bu gün Şəkinin İnçə kəndinə ilk dəfə olaraq mavi yanacaq verilib.
Bu münasibətlə kənddə tədbir keçirilib. Bildirilib ki,İnçə kəndində təbii qaz tarixən olmayıb və kənd əhalisi yanacaq növü kimi odundan istifadə ediblər. Bu isə kəndliyə həm baha başa gəlirdi, həmdə yaxınlıqda olan meşə massivinin qırılması,ekologiyaya ziyan demək idi. Növbəti dəfə qış fəslində çətinliklə üzləşməyəcəklərinə görə kənd sakinləri sevincli olduqlarını bildiriblər. Bu gün qazlaşdırılan İnçə kəndi ilə birlikdə Şəkidə artıq əhalinin 80 faizi mavi yanacaqla təmin olunub.
Qeyd edək ki,hazırda Şəkinin daha 10 kəndində (Abbas, Qayabaşı, Şəki kəndi, Kiçik Dəhnə, Şorsu, Qudula, Cumakənd, Birinci Biləcik, Baş Göynük və Baş Layısqı kəndlərində)tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək. Sonda kəndə mavi yanacağın verilişini bildirən rəmzi məşəl alovlandırılıb,evlərdə qazın təzyiqi yoxlanılıb...
İlkin Akifoğlu, Şəki
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB