"Kənd Təsərrüfatı Nazirliyi istifadəsiz torpaqlarla bağlı geniş monitorinqlərə başlayıb". Bu barədə SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə deyib.
O bildirib ki, monitorinq nazirliyin rayon idarələri tərəfindən aparılır.
Montorinqlər nəticəsində uçot formalaşdırılacağını deyən şöbə müdiri söyləyib ki, araşdırmalar bitdikdən sonra istifadəsiz torpaqlarla bağlı dəqiq rəqəm müəyyən olunacaq: "Ölkəmizdə istifadəsiz torpaqlar o qədər də çox deyil. Lakin dəqiq rəqəmlər monitorinqlər bitdikdən sonra açıqlanacaq. Monitorinqlər həm də bu cür torpaqların əkilməməsinin səbəblərini müəyyənləşdirəcək. Səbəblər üzə çıxarıldıqdan sonra problemlərin həlli istiqamətində görüləcək işlər daha da sürətləndiriləcək. Bu, həm də fermerlər üçün bir fürsətdir".
Nazirlik rəsmi qeyd edib ki, problemli torpaqların sahiblərinə cərimə tətbiq edilməyəcək: "Əgər torpaqlarda melorasiya, irriqasiya, şoranlaşma və digər aqrotexniki problemlər varsa, həmin torpaq sahiblərinə cərimə tətbiq olunmayacaq".
F. Fikrətzadə əlavə edib ki, istifadəsiz torpaqların müəyyənləşdirilməsi ilə bağlı nazirlik tərəfindən elektron kənd təsərrüfatı sistemi də formalaşdırılır: "Hazırda bununla bağlı işlər gedir. Sistem yaradıldıqdan sonra istifadəsiz torpaqlarla bağlı uçot daha rahat şəkildə aparılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB