Qızıl 3 dollar bahalaşdı

Dünya bazarında qızılın qiyməti bajalaşıb. SİA-nın xəbərinə görə, COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 3,20 dollar bahalaşaraq 1 265,50 dollara, gümüş isə 0,22 dollar artaraq 17,21 dollara satılıb.

Amerika və Avropa fond indekslərinin qiymətində dəyişiklik qeydə alınıb. Belə ki, Amerika bazarında Dow Jones indeksi 0,37% - 18 005,05 bəndədək, S&P 500 0,33% - 2 119,12 bəndədək, NASDAQ 0,26% - 4 974,64 bəndədək artıb. Avropa fond bazarlarında FTSE 100 indeksi 0,27% - 6 301,52 bəndədək bahalaşıb, Almaniya DAX-ı 0,69% - 10 217,03 bəndədək, Fransa CAC-40-ı 0,61% - 4 448,73 bəndədək ucuzlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə