Neftimizin qiyməti dəyişmədi

Dünya bazarında neftin qiyməıti dəyişməkdə davam edir. SİA-nın xəbərinə görə, Londonun ICE birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,15 dollar azalaraq 50,40 dollar olub. Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,13 dollar azalaraq 49,56 dollar təşkil edib.

Azərbaycan neftinin qiyməti isə sabit qalıb. Belə ki, "AzəriLayt"ın bir barelə görə qiyməti 49.97 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə