“Gömrük bəyannamələrinə dair TAIEX Seminarı” FOTOLAR

“Gömrük bəyannamələrinə dair TAIEX Seminarı” FOTOLAR

Bu gün Bakıda Avropa Komissiyasının dəstəyi ilə "Gömrük bəyannamələrinə dair TAIEX Seminarı" öz işinə başlayıb. SİA-nın məlumatına görə, Dövlət Gömrük Komitəsinin müxtəlif strukturlarının əməkdaşlarının iştirak etdiyi seminarın məqsədi gömrük bəyannamələrinə, xüsusilə tətbiq edilən ən son metod və texnologiyalara dair Avropa İttifaqınının təcrübəsi barədə məlumat verməkdir.

Seminarda çıxış edən Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımovgöstərilən dəstəyə görə AvropaKomissiyası və ekspertlərə təşəkkürünü bildirərək son dövrlərdə Azərbaycan gömrük sistemində aparılan islahatlar, tətbiq edilənyeniliklərdən bəhs edib, xüsusilə tranzit sistemibarədəAvropa İttifaqının təcrübəsinin öyrənilməsi və tətbiq olunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, iki gün davam edəcək seminarda Bolqarıstan, Slovakiya və İtaliyadan olan ekspertlər-Marian Çodak, Elenka Petrova, Gaetano Sassone, Viktoriya Vassileva "Beynəlxalq hüquqi çərçivə","Aİ Tranzit sistemi", "Tranzit malların bəyan edilməsi", "Aİ gömrük idxal və ixrac prosedurları", "Elektron bəyanetmə","Ümumi bəyannamə" mövzularında iştirakçıları məlumatlandıracaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə