Daha bir quyu istismara verilib

"Qərbi Abşeron" yatağındakı 20 nömrəli stasionar dəniz özülündən 26 nömrəli horizontal quyu qazmadan sonra istismara verilib. SIA-nın SOCAR-ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, "Azneft" İstehsalat Birliyinin "Abşeronneft" neft və qazçıxarma idarəsinin (NQÇİ) sifarişi ilə SOCAR-AQŞ tərəfindən qirməki lay dəstəsinə qazılmış quyu dalma nasosu üsulu ilə məhsul verib, 717-632 metr intervaldan sutkalıq 13 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Horizontal qazma üsulu müasir texnika və texnologiyalardan istifadə edilməklə, həmçinin süzgəclərin buraxılması hesabına məhsuldarlığı artırır və hasilatın sabit saxlanılmasına zəmin yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə