Bu il ərzində dünya ərzaq bazarlarında qiymətlər sabit olacaq. 2016-cı ilin sonunda dünyada ərzaq məhsullarının ümumi idxal xərcləri 986 milyard ABŞ dolları azalacaq. 2009-cu ildən bəri ilk dəfə bu xərclər bir trilyon dollardan az olacaq. Bu rəy BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) "Qida proqnozu" hesabatında yer alıb. Hesabat müəllifləri qeyd edirlər ki, 2016-cı ildə buğda istehsalı (artıq ardıcıl olaraq dördüncü il) tələbatdan çox olacaq və buğda ehtiyatları artacaq.
Süd məhsullarının istehsalı azala bilər, çünki qiymət ucuzlaşacaq. Ət və balığın qiyməti sabit qalacaq.
May ayında ərzaq səbətinin dəyəri aprel ayı ilə müqayisədə 2,1 faiz artıb. Hesabatda deyilir ki, ötən ay şəkərin qiyməti xeyli bahalaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB