VTB verilmiş kreditlərinin restrukturizasiyası proqramını bərpa etdi
VTB (Azərbaycan) kreditlərin restrukturizasiya proqramı üzrə işini bərpa edib. Maliyyə bazarlarına nəzarət Palatası tərəfindən müvəqqəti dayandırılmış "Müştəriyə dəstək" proqramı yenilənmiş versiyada müştərilərə təqdim olunur. Proqramda Palatanın ölkədə maliyyə sabitliyinin və istehlakçıların hüquqlarının müdafiəsinə istiqamətlənmiş bütün tövsiyələri nəzərə alınıb.
"Müştəriyə dəstək" güzəşt proqramı kredit borclarını ödəməkdə çətinliklə üzləşən müştərilərin kredit yükünün azaldılmasını nəzərdə tutur. Proqrama əsasən, iş yerini və əsas gəlir mənbəyini itirmiş müştərilərə 6 ay müddətinə aylıq ödənişi azaltmaq imkanı verilir. Belə şərtlərdə "Avtokredit" və "Girovlu istehlak krediti" olan müştərilər aylıq ödənişlərinin cəmi 10%-ni, "Nağd kredit" məhsulu üzrə borclu olanlar isəaylıq ödənişlərinin cəmi 15%-ni ödəyəcək. Kreditin məbləğindən asılı olaraq, aylıq ödəniş 15-20 manat təşkil edə bilər.
Gəliri azalan müştərilər üçün güzəşt ili ərzində aylıq ödənişin azaldılması nəzərdə tutulub. Dollar krediti olan müştərilərə aylıq ödənişin 50%-ə qədər, manat və rublda kreditləri olanlar üçün 30%-dək azaldılması təklif edilir.
Güzəşt müddəti ərzində vaxtında ödəniş edən müştərilər üçün bank faiz dərəcəsini 25% azaltmağa hazırdır.
Qeyd edək ki, Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank baş ofis yanında Müştəri xidmətləri İdarəsi də daxil olmaqla 15 filial ilə təmsil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB