Büdcənin icrası haqqında qanun layihəsi mayın 31-də müzakirəyə çıxarılacaq

Büdcənin icrası haqqında qanun layihəsi mayın 31-də müzakirəyə çıxarılacaq

Bu gün Milli Məclisin İqtisadi, sənaye sahibkarlıq komitəsinin iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə olunub.

İclasda çıxış edən komitə sədri Ziyad Səmədzadə bildirib ki, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının qanununa görə, hər il may ayında ötən ilin dövlət büdcəsinin icrası layihəsi Milli Məclisə təqdim olunaraq müzakirə olunur: "2015-ci ilin dövlət büdcəsinin icrası layihəsi kifayət qədər ciddi şəkildə hazırlanıb. Hesablama Palatasının rəyi vaxtında Milli Məclisə daxil olub".

Z. Səmədzadə söyləyib ki, 2015-ci ildə dünyada mövcüd olan iqtisadi çətinlik Azərbaycana da təsirsiz ötüşməyib: "Bu çətinliklərə baxmayaraq, ötən il ölkəmizdə sosial proqramların icrası dayandırılmayıb. Xarici öhdəliklər vaxtında icra edilib. Hökumətin 2015-ci ildə aparılan siyasəti yüksək qiymətləndirərək, 2015-ci ilin büdcəsindən razılığını bildirib".

Komitə sədri əlavə edib ki, "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisin yaz sessiyasının 31 may tarixində baş tutacaq plenar iclasının gündəliyinə salınıb.

Daha sonra 2015-ci ilin dövltə büdcəsinin icrası haqqında maliyyə nazir Samir Şərifov danışıb.

Layihə haqqında rəyi Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

Müzakirələrdə iştirak edən komitə üzvləri Vahid Əhmədov, Əli Məsimli, Aydın Hüseynov və digərləri layihə haqqında fikirlərini bildiriblər.

Qeyd edək ki, iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi, Vergilər, Maliyyə, İqtisadiyyat Nazirliklərinin, eləcə də Hesablama və Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə