"Dövlət ipoteka kreditləşməsinin bərpası İpoteka Fondunun yenidən qurulması üzrə hüququ sənədlərə baxıldıqdan sonra mümkün olacaq". SİA-nın xəbərinə görə, bunu Maliyyə naziri Samir Şərifov ipoteka kreditlərinin gələn aydan bərpası ilə bağlı yayılan xəbərlərə əlaqədar jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Büdcədə ipoteka kreditləşməsinin bərpası üçün nəzərdə tutulan vəsait var. İpoteka Fondunun yenidən qurulması üzrə müəyyən hüququ sənədlər hazırlanır. Bu iş başa çatdıqdan sonra ipoteka, o cümlədən sosial ipoteka kreditləşməsi davam etdiriləcək" -deyə, nazir qeyd edib.
S.Şərifov Beynəlxalq Bankın toksik aktivlərinin təmizlənməsi ilə bağlı həyata keçirilən işlərdən danışıb. Nazir bu istiqamətdə işlərin davam etdirildiyini nəzərə çatdırıb: "Şübhəsiz əvvəl qiymətləndirmələr aparılır. Bununla bağlı əvvəl Mərkəzi Bankın, indi isə Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyən normativ sənədləri mövcuddur. Bu sənədlərə uyğun olaraq, bankların aktivləri, yəni kreditləri təsnifləşdirilməsi həyata keçirilir və buna əsasən onların problemli olub-olmadıqları müəyyən edilir. Təsnifləşməyə əsasən, Beynəlxalq Bankda kifayət qədər müəyyən aktivlərin problemli və toksik olduğu müəyyən edilib. Bu proses davam edir. Palata yenidən aktivlərin təsnifləşdirilməsi nəticəsində problemin daha dəqiq səviyyəsini və məbləğini müəyyən edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB