2016-cı ilin dövlət büdcəsinə yenidən baxılacaqmı? RƏSMİ

2016-cı ilin dövlət büdcəsinə yenidən baxılacaqmı? RƏSMİ

"2016-cı ilin dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac görümürük". SİA-nın xəbərinə görə, bu fikirləri maliyyə naziri Samir Şərifov jurnalistlərə verdiyi açıqlamasında deyib.

Nazir bildirib ki, əsas məqsəd kifayət qədər valyuta mənbəyinin olmasıdır: "Ötən il valyuta bazarında olan təlatümlər, məzənnəyə təzyiqlər, Mərkəzi Bankın valyuta ehtiyatlarının kəskin şəkildə enməsi hökuməti dövlət maliyyə qurumlarında kifayət qədər valyuta ehtiyatı toplamasına vadar edib. Bunları nəzərə alaraq büdcə siyasətini çox qənaətcil şəkildə həyata keçirmək qərarına gəlindi. Artıq 3 ildir ki, ölkədə büdcə yığcamlaşdırması siyasəti həyata keçirilir. Dövlət Neft Fondundan transfertlər ildən-ilə azaldılır".

S. Şərifov bir sıra nazirliklərin regional idarələrinin formalaşdırılması ilə bağlı məsələyə də münasibət bildirib. O qeyd edib ki, regional idarələrin yaradılması nazirliyin əsasnaməsində öz əksini tapsa da, hələlik bununla bağlı addımlar atılmayıb: "Maliyyə Nazirliyində müəyyən institusional təkmilləşmə işləri aparılır. Əvvəllər razyonlarda maliyyə idarəsi nəzdində maliyyə-təftiş şöbəsi fəaliyyət göstərirdi. Onlar yerlərdə təftişlərlə məşğul olurdu. Sonra da biz o təftişləri maliyyə idarəsindən kənarlaşdırdıq və regional maliyyə təftiş idarələri yaratdıq. Bu, daha səmərəli yanaşma idi. Eyni zamanda həmin səpkidə səyyar xidmətin regional bölmələri də fəaliyyət göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə