Bəzi iri supermarketlər dövriyyəni gizlədir

Bəzi iri supermarketlər dövriyyəni gizlədir

Bəzi tanınmış iri supermarketlər dövriyyəni 10, 15, hətta 40 dəfə aşağı göstərirlər. Bunu Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, nazirlik tərəfindən 2016-cı ildə aparılan təhlillər zamanı çox qəribə məsələlər ortaya çıxıb. "Xronometraj müşahidələri zamanı məlum olub ki, iri marketlər dəfələrlə dövriyyəni gizlədir. Bəzi tanınmış iri supermarket şəbəkələrindən dövriyyəni 10, 15, hətta 40 dəfə aşağı göstərənlər var", - deyə S.Ələkbərov vurğulayıb.

İri supermarket şəbəkələrinin vergi güzəştləri təklifinə münasibət bildirən nazir müavini deyib ki, güzəşt istəklə verilmir. Dövlətin iqtisadi qurumları bununla bağlı geniş araşdırmalar aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə