Neftin bugünkü qiyməti

Dünya bazarında neftin qiyməti bahalaşır. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,13 dollar artaraq 48,44 dollar, Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,12 dollar artaraq 49,40 dollar olub.

Azərbaycan neftinin qiymətində isə dəyişiklik qeydə alınmayıb. Belə ki, "AzəriLayt" markalı neftin bareli isə dəyişməyərək 50.30 dollarda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə