Dünya bazarında neftin qiyməti ucuzlaşıb. SİA-nın xəbərinə görə, "WTI" markalı xam neftin qiyməti 0,49 dollar yaxud 1,05% ucuzlaşaraq 46,21 dollar/barel təşkil edib. "Brent" markalı neft isə 0,24 dollar və ya 0,50% ucuzlaşaraq 47,84 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 53 dollar/barel olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB