"OPEC-də baş verən daxili ziddiyyətlər bu təşkilatın neft bazarlarına təsir etmək imkanlarını xatirələrə çevirərək getdikcə azaldır. Dünyanın iki ən iri neft hasil edən ölkələrinin ən iri neft şirkətlərinin rəhbərləri də gəldiyi qənaət bundan ibarətdir". Bu fikirləri SİA-ya fəlsəfə doktoru, iqtisadçı-ekspert Emin Əliyev deyib.
Onun sözlərinə görə, Rusiyanın neft şirkətinin rəhbəri İqor Seçin də bildirib ki, bu enerjidaşıyıcısına qiymətin azalması Rusiya iqtisadiyyatını böyük kəsir ilə üzləşdirir: "Seçin vurğulayıb ki, Rusiyanın, qiymətləri sabitləşdirmək üçün OPEC ilə əməkdaşlıq planları isə üz nəticəsini vermir. Səudiyyə Ərəbistanı ilə İran arasında mövcud ziddiyyətlər isə neft hasilatını dondurmaq sazışını mümkünsüz edir. Qeyd etmək lazımdır ki, Rosneft-in Direktorlar Şurasının sədri OPEC ilə anlaşmanı hər zaman məqbul fikir olmadığını bəyan edirdi. Onun proqnozları reallaşandan sonra isə özünü reabilitasiya olunmuş hesab edir və gələcəkdə Rusiyanın bu cür konfuzlara düşməməsi üçün çalışır. Bu gün kartelin neftin qiymətinə təsir etmək mexanizmləri azalıb və OPEC qiymət siyasətində vahid təşkilat kimi çıxış edə bilmir. Lakin Səudiyyə Ərəbistanının yeni energetika naziri Xalid əl Falik isə fərqli fikirlər səsləndirərək bildirib ki, OPEC-in müdaxiləsindənsə, bazar özü qiyməti müəyyən etməlidir və krallığın aşağı qiymətlər erasını gözləmək üçün resursları kifayət qədərdir. Falikin birbaşa rəhbəri, krallığın neft strategiyasına görə məsul olan Məhəmməd bin Salman da hesab edir ki, dünya yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə bazar OPEC-in iradəsi ilə deyil tələb təklif üzərində özünün tarazlığını müəyyən edəcək. Onun fikrincə bu gün əsas drayverlər – vəsait, texnologiyalar və tənzimləmədir. Bu fikrin ən düzgün sübutu dünya bazarlarına güclü təzyiq aləti olan slans (dənizdən çıxarılan neftdən xüsusi ilə fərqlənərək, fərqli texnologiya ilə süxurdan əldə olunan və maya dəyəri baha başa gələn) texnologiyalarıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB