Bakı Fond Birjası Maliyyə Nazirliyinin qısamüddətli istiqrazlarını hərraca çıxarıb

Bakı Fond Birjası Maliyyə Nazirliyinin qısamüddətli istiqrazlarını hərraca çıxarıb

Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 15 milyon manat məbləğində qısamüddətli manat istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə SİA BFB-yə istinadən məlumat verir.

Hərraca hər birinin moninal dəyəri 100 manat və tədavül müddəti 91 gün olan 150 min istiqraz çıxarılacaq. İstiqrazların ödəmə tarixi 2 avqust 2016-cı ildir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərtilə qəbul edilməsinə icazə verilir.

Buraxılışın anderrayteri "PAŞA Kapital" investisiya şirkətidir.

Bütün xəbərlər Facebook səhifəmizdə