SOCAR-ın vitse prezidenti: "Azərbaycan qazının Avropaya çıxarılmasında maraqlıdır"
"Azərbaycan qədim neft ölkəsi olmaqla yanaşı, zəngin ehtiyatlara malikdir. Hazırda alternativ variantlar üzərində işləyirik ki, onlardan biri də Azərbaycan qazının Avropaya çıxarılmasıdır". SİA-nın xəbərinə görə, bunu SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Vətəndaş cəmiyyəti və biznes: Sülh, Təhlükəsizlik və Davamlı inkişaf naminə birgə fəaliyyət" mövuzusunda keçirilən panel iclasında deyib.
Elşad Nəsirov bildirib ki, Azərbaycan "Cənub" Qaz Dəhlizinin fəaliyyətə başlamasında maraqlıdır: "Çünki bununla Azərbaycan qazı Avropaya çıxarılacaq. Bu istiqamətdə işlər davam etdirilir". SOCAR-ın vitse-prezidenti vurğulayıb ki, Azərbaycan beynəlxalq şirkətlərin marağında olan məkandır: "Həmin şirkətlər ölkəyə investisiya qoymaqda maraqlıdırlar. Bunun üçün ölkədə bütün şərait mövcuddur. Azərbaycanda neft gəlirləri daha çox sosial layihələrə yönəldilir. Buraya yeni xəstəxanaların, məktəblərin, iaşə obyektlərinin tikintisi, bərpa edilməsi daxildir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB