“Excelsior Hotel Baku” beynəlxalq turizm sərgisində iştirak edir
25-28 aprel 2016-cı il tarixlərində "Excelsior Hotel Baku" oteli BƏƏ-nin Dubay Əmirliyində keçirilən "ATM 2016" beynəlxalq turizm sərgisində iştirak edir. Dünyanın ən aparıcı turizm sərgilərindən hesab edilən "ATM 2016" tədbirində iştirak Azərbaycanın Körfəz ölkələrində turizm nümayəndəliyi olan "Atlantis Holidays" şirkətinin təşkilatı dəstəyi ilə həyata keçirilir. Sərgiyə gələn qonaqlara ingilis və ərəb dillərində müxtəlif reklam-çap məhsulları təqdim edilir.
Qeyd etmək lazımdır ki, Körfəz ölkələri ölkəmizə gəlmə turizmi baxımından, prioritet ölkələrdəndir. Turizm səfərləri və işgüzar əlaqələri təşviq etmək məqsədilə Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveytin də daxil olduğu bir sıra ölkələrlə 1 fevral 2016-cı il tarixindən etibarən, Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilən viza rəsmiləşdirilməsi təmin edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB