Dünya bazarında neftin qiyməti ucuzlaşıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,64 dollar azalaraq 43,09 dollar təşkil edib. Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,52 dollar azalaraq 44,59 dollar olub.

Azərbaycan nefti isə bahalaşıb. Keçirilən ən son hərraclarda "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0,51 dollar bahalaşaraq 45,42 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə