Azərbaycan-İspaniya biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-İspaniya biznes forumu keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) SİA-ya verilən məlumata görə, aprelin 26-da İspaniya Krallığının sənaye, energetika və turizm naziri Xose Manuel Soriyanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri olacaq.

Səfər çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-İspaniya biznes forumu keçiriləcək.

Biznes foruma tikinti, nəqliyyat, enerji, sənaye, qida, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 20-dən artıq İspaniya şirkətinin qatılacağı gözlənilir. Azərbaycanlı iş adamları və sahibkarlar biznes forumda iştiraka dəvət edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...