Bakının şimal girişində hərəkət qismən məhdudlaşdırılacaq

18 aprel axşam saat 22:00-dan 19 aprel səhər saatlarınadək paytaxt Bakının şimal girişində, daha dəqiqi Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avomobil yolunun şəhərə doğru olan istiqamətində, Beynəlxalq Avtovağzal kompleksinin yaxınlığında təmir-bərpa işləri aparılacaq.

"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təmir-bərpa işləri yolun sağ kənar iki hərəkət zolağında aparılacaq. Bu səbəbdən həmin zolaqlarda avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Avtomobil yolunun sol kənar iki hərəkət zolağı ilə isə avtonəqliyyat vasitələrinin hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq. Bakı şəhəri istiqamətində olan avtonəqliyyat vasitələri həmin iki hərəkət zolaqları ilə maneəsiz şəkildə hərəkətlərinə davam edə biləcəklər.

Təmir-bərpa işləri zamanı yarana biləcək müvəqqəti narahatlığa görə "Azəravtoyol" ASC vətəndaşlardan üzr istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...